XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 16:45

Yavər Camalov Belarus müdafiə nazirinin 1-ci müavininiqəbul edib

yaver 9

 Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yavər Camalov Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyətinin başçısı Oleq Belokonev səmimi qəbula görə təşəkkür edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində olub və istehsal prosesini izləyib. (APA)