XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 06:45

Müsavatdan Siyavuş Novruzova cavab: “Bizim taktikanı təkrarlamayın”

isa.jpg

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun KİV-ə verdiyi müsahibədə parlament seçkilərindəki namizədlərlə bağlı dedikləri Müsavat partiyasında narazılığa səbəb olub.

Qeyd edək ki, S. Novruzov YAP-ın öz namizədlərini müxalifətdən sonra açıqlayacağını demişdi.

Strateq.az bildirir ki, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı musavat.com-a açıqlamasında YAP funksionerini partiyanın taktikasını təkrar etməkdə ittiham edib: “Əvvəla, sual yaranır, əgər hakimiyyət öz namizədlərini müəyyənləşdirirsə, onları niyə elan etmir? Deməli, onlar Müsavat Partiyasının 2010-cu ildə tətbiq etdiyi taktikanı tətbiq etmək istəyirlər. Bu, seçki kampaniyası dövründə tətbiq olunan metodlardan biridir. Hər bir partiya özünün namizədini seçki elan olunanadək müəyyən qədər gizli saxlamağa çalışır. Bu da onunla əlaqədardır ki, yadınızdadırsa, 2010-cu ildə Müsavat başqanı İsa Qəmbərin namizədliyi 15-ci seçki dairəsindən veriləndən sonra o dairədən hakim partiyanın namizədləri digərləri ilə əvəz olundu. Bu, həmişə hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi metoddur”.