XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

14 İyul 2016 - 23:18

“Kəpəz” uduzdu, “Neftçi” bərabərə qaldı –Avropa Liqası

qebele-futbol

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz" Avstriyada "Admira" klubununa qonağı olub.

Strateq.az xəbər verir ki, "Kəpəz" 0:1 hesabı ilə uduzub. Bu komandalar arasında cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.

Bu gün Avropa Liqasında II təsnifat mərhələsində digər komandamız – "Neftçi" isə Makedoniyanın "Şkendiya" komandasını Bakıda qəbul edib. Oyun bərabərə bitib – 0:0.

Komandamız növbəti mərhələyə yüksəlmək üçün iyulun 21-də səfərdə mütləq qələbə ya da qollu heç-heçə etməlidir.

Avropa Liqasında bu gün növbəti komandamız "Qəbələ" Macarıstanda MTK klubunun qonağı olacaq.