XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 01:17

Məscid yanıb –Hacıqabulda

ucar 01

Hacıqabulun Atbulağ kəndində məscid yanıb.

 Məscidin qəsdən yandırıldığı iddia edilir.

Yanğın  hadisəsi gecə yarısı qeydə alınıb. Naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitablar yanıb.

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul yanğından mühafizə xidmətinin hadisə yerinə  cəlb olunan texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını alıb. Yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.

Məscid dindarları iddia edirlər ki, məscid qəsdən yandırılıb. (APA)