XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2015 - 09:29

Müsavat 70 dairə üzə deputatlığa namizədini müəyyən edib – AÇIQLAMA

isa elle.jpg

Müsavat Partiyası parlament seçkilərində işitrak edəcək namizədlərini müəyyənləşdirməyə çoxdan başlayıb.

Strateq.az bildirir ki, bu barədə başqan müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, rayon təşkilatları namizədlərlə birlikdə hansı dairədən kimin daha çox səs qazana biləcəyi imkanlarını öyrəndikcə namizədləri müəyyənləşdirirlər. “Bu baxımdan Müsavat Partiyası artıq 70-dən çox dairədə müəyyənləşdirib. Digər dairələrdə də işlər gedir. Seçki qanunvericiliyinə uyğun olaraq MSK seçkinin gününü təyin edən kimi Müsavat Partiyası da özünün nizamnaməsinə uyğun olaraq Məclisini çağıracaq və dairələr üzrə namizədlər təsdiqlənəcək”.