XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyul 2016 - 13:34

Azərbaycan Türkiyəni Qarabağ danışıqlarının indiki vəziyyəti ilə bağlıməlumatlandırıb

elmar memmed

“Türkiyəli həmkarımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti ilə bağlı məlumatlandırmışam. Hesab edirik ki, Minsk Qrupunun üzvü olan Türkiyəni bu barədə məlumatlandırmalı idik”.

Bu sözləri Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. (APA)

E. Məmmədyarov Azərbaycanın mövqeyini M. Çavuşoğluna çatdırdığını söyləyib: “İnanıram ki, danışıqların intensiv şəkildə davam etdirilməsi nəyəsə nail olmağa imkan verəcək”.