Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Strateq.az xəbər verir ki,"Düdelanj"ı (Lüksümburq) 2-0 məğlub edərək cavab qarşılaşmasını gözləyən "Qarabağ"ın rəqibi bu turda Çexiyanın "Viktoriya" klubu olacaq.
Püşk zamanı Türkiyənin "Fənərbaxça" komandasının bəxtinə də bu dəfə güclü komanda düşüb. Türk komandası Fransanın "Monoko" komandası ilə qarşılaşacaq.
Onu da qeyd edək ki, "Qarabağ" ilk oyununu səfərdə, "Fənərbaxça" isə İstanbulda oynayacaq. Oyunlar 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.