XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 18:08

Böyük müharibə başlayır – Kəşfiyyat açıqladı

Ukraynanın şərqində mövcud hərbi vəziyyət getdikcə pisləşir.

ANS-in məlumatına görə, Donetsk ərazisində bu yaxınlarda genişmiqyaslı döyüşlərin başlayacağı bildirilir. Hətta dəqiq tarix də göstərilir -15 iyul.

Rusiyalı müxbirlər cəbhə xəttinin hər iki tərəfində olublar. Onlar bildirirlər ki, müharibə mifi insanları təşvişə salıb:

“Mariupolda hamı narahatdır. Şəhərə “Qrad” qurğuları yağılıb, evlər dağıdılıb, kənd sakinləri təxliyyə edilib. Şəhərdə yalnız ATƏT-in əməkdaşları öz bazasında qalıblar. Bundan başqa Mariupolda “Donbass” və “Azov” batalyonları da heç yerə getməyib”.

Son günlər rusiyameyilli separatçı qüvvələr Mariopul şəhərinə hücumlar təşkil edərək dinc sakinlərin ölümünə səbəb olub.

Kəşfiyyat qruplarınin hər iki tərəfin müharibəyə fəal hazırlığı haqqında hər gün yeni xəbərlər verməsi göstərir ki, savaş davam edir.

“İyulun əvvəllərində taktiki təlimləri başa çatdıracaqlar. Hələ ki, bütün kartları açıqlamırıq. Dəqiq məlumatımız var ki, 15 iyulda hücüma hazırlaşırlar”, – deyə, Ukrayna Silahli Qüvvələrinin kəşfiyyat bölüyünün komandiri İqor Mazur bildirir.