Prezident özünün və qohumlarının gəlirini açıqladı – Qırğızıstanda
Qırğızıstan prezidenti Almazbek Atambayev 2014-cü ildəki gəlirləri barədə hesabat verib.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə respublikanın kadr xidmətinə əsaslanaraq xəbər yayılıb.
Keçən il prezidentin əsas iş yeri üzrə gəliri 1.3 milyon som (təxminən 20 min dollar) olub. Atambayevin əmlakları qismində vəkalət idarəsinə verilən 64 min hektarlıq çoxillik əkin sahələri də var. Bundan əlavə, o, özəl müəssisələrdən birinin sahibidir – hansı ki, o da vəkalət idarəsinə verilib.
Bundan əlavə, Qırğızıstan prezidentinin mülkiyyətin qismində 2007-ci il buraxılışlı “Toyota Land Cruiser” avtomobili var.
Onun qohumları isə 2014-cü ildə təxminən 199 min dollar qazanıblar. Bundan əlavə, onlar özlərinə məxsus aksiyalardan gəlir kimi əlavə 119 min dollar qazanc götürüblər.