XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 16:15

Rusiya Dumasının vitse-spikeri:“Gecə Ərdoğana nə Avropa, nə ABŞ, nə də Rusiyadan dəstək gəldi”

çevriliş

 “Türk xalqı prezident Ərdoğana daha bir şans verdi. İndi mühüm olan prezidentin bundan necə istifadə edəcəyidir”.

Strateq.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının birinci vitse-spikeri İvan Melnikov Türkiyədəki dövlət çevrilişinə cəhdi şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ərdoğanın  qeyri-ardıcıl və provokativ siyasəti nəticəsində ətrafında bu siyasəti bəyənməyən ən müxtəlif xarakterli qüvvələr yığılmışdı: “Bu gecə biz Ərdoğana və onun ölkəsinə qarşı xüsusi siyasi və insani təəssüfü ifadə edən kimsəni görmədik. Nə Avropa, nə ABŞ, nə Yaxın Şərqdən, nə  də Rusiyadan… Bu əsasdır  və Ərdoğan şəxsən bundan özü üçün nəticə çıxarmalıdır. Türk xalqı ona daha bir şans verdi”.

Vitse-spikerin sözlərinə görə, əgər Ərdoğan dünya üçün ağrılı olan məsələlər barədə öz fəaliyyətini dəyişməsə ikinci gecə hadisələr daha sərt şəkildə baş verə bilər.