XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 16:28

Ankara meri:“Rusiya təyyarəsini vuran hərbi pilot qiyamın iştirakçısıdır”

“Məhz Fətullah Gülənin “paralel dövləti” Rusiya ilə Türkiyə arasında münasibətləri pozdu”.

Strateq.az bildirir ki, bu sözləri Ankaranın meri Melix Göyçek “CNN-Türk”ə müsahibəsində bildirib.  Onun sözlərinə görə, dünənki çevrilişdə Rusiya təyyarəsini vuran təyyarəçi də iştirak edib. Mer deyib ki, həmin terrorçu Gülən təşkilatının üzvü oub.

“Bu təyyarəçi qiyamın iştirakçılarından biridir. Bu günə qədər bunu demirdik, özümüzü saxlayırdıq. Amma mən bu gün rəsmən deyirəm ki, Rusiya ilə bizim münasibətlərimizi bu əclaflar pozdu”.

Mer deyib ki, dünən prezident Putinin müşaviri onun qonağı olub və bu mövqeyi bölüşüb.

Rusiyanın təyyarəsi 2015-ci ilin noyabrında türk qırıcıları tərəfindən vurulub.