XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 10:10

Hüquq müdafiəçisi MTN təcridxanasında monitorinq aparacaq
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov Milli Təhülkəsizlik Nazirliyinin (MTN) İstintaq təcridaxanasında saxlanılan jurnalist Rauf Mirqədirov və Arif Yunusla görüşəcək.
Bu barədə moderator.az-a Elçin Behbudov özü deyib. Onun sözlərinə görə, o iyulun 7-də MTN-nin İstintaq təcridxanasında növbəti monitorinq keçriməyi planlaşdırır:
“Monitorinq həyata keçirilən zaman jurnalist Rauf Mirqədirovla görüşüb onun vəziyyəti ilə maraqlanacağam. Bundan əlavə olaraq Arif Yunusla görüşmək niyyətindəyəm”.
E. Behbudov bildirdi ki, monitorinqin yekununda adıçəkilən insanlar bərəsində ictimaiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, Rauf Mirqədirov ötən ilin aprelin 19-da həbs olunub və barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb.
Arif Yunus isə ötən il aprelin 28-də Leyla Yunusla birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkəni tərk edərkən saxlanılıblar.