XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 06:59

Kerri Türkiyədəki çevriliş cəhdinə ABŞ-ın aidiyyətindən danışıb:"Bəyanatlar münasibətlərimizə zərər vurur”

kerri-cavush

 

ABŞ dövlət katibi Con Kerri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı ABŞ-ın Türkiyədəki hadisələrlə əlaqəli olmasına dair iddiaların yalan olduğunu qeyd edib.

Strateq.az APA-ya istinadlə xəbər verir ki, bu barədə  “Reuters”ə Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

Con Kerri aydın izah edib ki, ABŞ Türkiyə hökumətinə araşdırmaların aparılmasına dəstək verməyə hazırdır, lakin ABŞ-ın dövlət çevrilişi cəhdində rolunun olmasına dair iddialar və bəyanatlar tamamilə yalandır və ikitərəfli münasibətlərimizə zərər vurur”, – deyə Kirbi bildirib.     

ABŞ dövlət katibi  Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı həmçinin qeyd edib ki, Ankara araşdırma zamanı təmkinlik nümayiş etdirməli və qanuna addımlara yol verməməlidir.   

Kerri və Çavuşoğlu danışıqlar zamanı İŞİD-ə qarşı birgə mübarizənin davam etdirilməsinin vacibliyini qeyd ediblər.