Ağdamda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 09:58-də Ağdamdan 24 km qərbdə zəlzələ qeydə alınıb. Maqnitudası 3, dərinliyi 17 km olan zəlzələ hiss olunmayıb.