XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 14:11

Etibar Məmmədov AMİP-çilərin 23 yaşını təbrik etdi

AMIP.jpg

AMİP lideri Etibar Məmmədov partiyanın təsis olunmasının 23 –cü ildönümü münasibəti ilə Milli İstiqlalçıları təbrik edib.

Təbrikdə deyilir ki, ötən əsrin 80-ci illərinin sonlarıdan başlayan Milli Azadlıq Hərəkatı öz nəticəsində beynəlxalq aləmin ayrılmaz subyektinə çevrilən məmləkətimizdə müasir dövrün tələblərinə və demokratik ənənələrə uyğun siyasi sistemin formalaşdırılmasına ciddi zərurət duyulurdu.

“Bu tələbatı və tarixi ehtiyacı həyata keçirilməsi məsuliyyətini üzərimizə götürməklə cəmiyyətin bütün təbəqələrinin fəal iştirakı və əzmkarlığı ilə ilk siyasi təşkilatın Azərbaycan Milli İstiqlal Partiyasını təsis etdik. Bununla da, cağdaş Azərbaycan siyasi tarixində təkpartiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin əsasını və yeni dövrün başlanğıcını qoyduq”.

İlk rəsmi qeydiyyatdan keçən və özündə on minlərlə vətəndaşımızı birləşdirən AMİP qısa zaman kəsiyində ölkənin aparıcı siyasi qüvvəsinə və xalqın inanc və güvənc yerinə çevrildi.

Partiyanın yeni dövlət quruculuğunda və demokratik dəyərlərin ölkəmizdə bərqərar olmasında böyük tövhələr verdiyini vurğulayan Etibar Məmmədov qeyd edib ki, AMİP eyni zamanda yeni siyasi kadrların yetişməsində, siyasi mübarizənin sivil formalarının tətbiqində novator rol oynayıb.

“Bu gün də ölkənin aparıcı partiyası olaraq ali dəyərlər və müqəddəs ideyalar uğrunda aparılan mücadilənin önündəyık. Heç nə sizləri üzərinizə götürdüyünüz missiyandan imtina etməyə, sadiq olduğunuz prinsiplərdən və ideyalardan yayındırmağa müvəffəq ola bilməyib”.

“Azərbaycan xaqlının xoşbəxtliyə çatmasında, sülh və təhlükəsizlik içərsində firəvan yaşamasında, eləcə də dünyanın ən aparıcı və inkişaf etmiş dövlətlərindən birinə çevrilməsində, haqq və özgürlüklərin qorunmasında birlikdə çəkdiyimiz böyük zəhmətin və əməyin qürurunu yaşamaqdan gözəl heç nə ola bilməz.

Sizləri bu ildönümü münasibəti ilə bir daha təbrik edir, Sizlərə bundan sonra da götürdüyünüz tarixi missiyanı daşımağa güc-qüvvət, apardığımız müarizədə qətiyyət və dönməzlik arzulayıram. Bu illər ərzində bizimlə birlikdə çiyin-çiyinə olduğunuz üçün hər birinizə təşəkkürümü bildirirəm. Ulu Tanrı Sizləri qorusun!”