“Millətə “sən səhv etdin, həddini bil” demərəm” – Davudoğlu erkən seçki anonsu verdi

“Mənim könlümdən nəyin keçdiyi yox, millətin nə istədiyi önəmlidir”.
Bu açıqlama ilə Türkiyənin Baş naziri Əhməd Davudoğlu çıxış edib. O, koalisiya hökuməti, yoxsa erkən seçki ilə bağlı məsələyə aydınlıq gətirib:
“Mən hər şeyi edərəm, amma millətimə hörmətsizlik etmərəm. Mənim könlümdən nəyin keçdiyi yox, millətin nə istədiyi önəmlidir. Millət bizə “hökuməti qur” dedi. Mən qayıdıb millətə “sən səhv etdin, həddini bil” demərəm. Millətin dediyini etməyə çalışaram. Nəticədə erkən seçkiyə gedəcəyiksə belə, bunun qərarını da millət təqdir edər”.
Davudoğlu 7 iyun parlament seçkisindən sonra sorğu keçirdiklərini və AKP-nin səslərinin davamlı olaraq artdığını bildirib.