İran XİN başçısı: ““Altılıq”la anlaşmanın bir addımlığındayıq…”

İran və “Altılıq” Tehranın nüvə proqramı ilə bağlı anlaşma əldə eləməyə heç vaxt olmadığı qədər yaxındır. Musavat.com xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün video-müraciətində Vyanada aparılan danışıqların yekununu dəyərləndirərkən bildirib.
Lakin nazir hesab edir ki, uğur üçün zəmanət hələ ki, yoxdur.
“Bəzi fikir ayrılıqlarına baxmayaraq, – hansılar ki, hələ də özünü göstərir, – biz heç vaxt bu qədər anlaşmaya yaxın olmamışıq. Ancaq zəmanətlər yoxdur. Anlaşmaya gedən yol kompromisə getmək üçün cəsarət tələb edir” – əlavə edib İran XİN başçısı.