XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2016 - 10:22

İran prezidentindən Ərdoğana dəstək:“Regionda çevrilişlər dövrü başa çatıb, bunu dərk edin”

ruhani-22.jpg

“Bizim yerləşdiyimiz bölgə  hələ də istəklərin tank və topla xalqa qəbul etdirilməsi dövranının başa çatdığını dərk edə bilməyib. Hazırkı dövr İran, Türkiyə, Suriya, İraq, Livan, Bəhreyn və Yəmən üçün bütün problemlərin yeganə həll yolunun seçki qutuları olduğu dövrdür”.

Strateq.az İRİB-ə istinadən bidirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə münasibət bildirərkən deyib:  "Çox təəssüf ki, bizim ilə qonşu olan bəzi ölkələrdə  hələ də çevriliş ilə iqtidarı dəyişməyin mümkün olduğunu düşünürlər. Yerləşdiyimiz regionda hələ də elə şəxslər var ki, tank ilə, top ilə, təyyarə ilə xalq tərəfindən seçilmiş hökuməti devirməyin mümkün olduğunu düşünürlər”.

Ruhani deyib ki, regiondakı problemlər  vəhdət bayrağı ilə  həll edilməlidir.