Qazaxstanda ordu gücləndirilmiş rejimə keçirilib.
Strateq.az bildirir ki, bu barədə Qazaxstan Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi açıqlamada deyilir ki, ölkədə hərbi obyektlərin və sürsat anbarlarının mühafizəsi gücləndirilib. Hazırda hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirlib.
Qeyd edək ki, bu gün Alma-Ata şəhərində bir qrup silahlı şəxs polis idarələrinə və Milli Təhlükəsizlik Komitəsinə hucum edib. Ölənlər və yaralananlar var. 3 polis həlak olub. Şəhərdə antiterror əməliyyaı keçirlir.