XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2016 - 16:28

Sabah hava necə olacaq? –Nazirlik proqnozu açıqladı

hava-gunesli

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti az buludlu, yağmursuz olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, iyulun 19-da paytaxt və yarımadada cənub küləyi əsəcək.

Abşeron yarımadasındasında havanın temperaturunun gecə 22-27, gündüz 34-39° isti, Bakıda gecə 24-26, gündüz 36-38° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.