Malaziya baş naziri Nəcib Rezak dövlətin sərmayə fonduna məxsus yüz milyonlarla dolları öz hesabına köçürməkdə ittiham olunur.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ittihamları rədd edən baş nazir bunu özünə qarşı «siyasi sabotaj» adlandırıb. ABŞ-ın nüfuzlu nəşrlərindən «Wall Street Journal»ın iddialarına görə, baş nazirin bank yoluyla hesabına köçürdüyü məbləğ 700 milyon dollardır. Məqalə müəllifi bunu təsdiq edəcək sənədlərin olduğunu da bildirib.
Malaziya baş nazirliyindən verilən açıqlamada məlum ittihamların ölkə iqtisadiyyatına olan etibarı zəiflətmək, hökumətə qara yaxmaq, demokratik yolla seçilmiş baş naziri vəzifəsindən uzaqlaşdırmaq məqsədi daşıdığı bildirilib: «Bu iddialar baş nazirə hücum üçün ortaya atılıb».