XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 10:23

“Hər dəfə böyük qardaşlıq etdiniz, sahib çıxdınız” –Arda Turandan Ərdoğana mesaj

arda-ispaniya

İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turan hərbi çevrilişə cəhddən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstəyini nümayiş etdirib.

İnstaqram hesabında prezidentlə çəkdirdiyi şəkli paylaşan məşhur futbolçu sonadək Ərdoğanın yanında olacağını deyib:

“İndi siz “yaltaq” deyirsiniz, deyin. Həyatı boyu dövlətin heç bir qurumundan yardım istəməyən biri olaraq yazıram. Xəstələndik, axtardın. Kədərləndik, axtardın. Sevindik, axtardın. Allahın salamını göndərdik, axtardın. Dünyanın hər yerində sahib çıxdın. Sizinlə danışarkən “siz” belə demədik. Hər dəfə böyük qardaşlıq etdiniz, sahib çıxdınız. Bu gün sizin üçün çətin gündürsə, yanınızdayıq. İnanıram ki, bu ölkəni, vətəndaşları yenidən birləşdirəcəksiniz. Allah iki dünyada sizi xoşbəxt etsin. Mənim vicdanımdakı vəfa sevgiylə… Mənim Ali Baş Komandanım sizsiniz, istənilən halda. (Futbolçuyam, tərəfim var, fikirm var, azadam) #yaşasıntürkiyecumhuriyeti”.

Axar.az