XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

19 İyul 2016 - 15:22

İstanbulun keçmiş valisi də polisdəki vəzifəsindən uzaqlaşdırıldı –Türkiyədə işdən çıxarılma və həbslər davam edir

avni

İstanbulun keçmiş valisi Hüseyn Avni Mutlu Daxili İşlər Nazirliyindəki vəzifəsindən kənarlaşdırılıb.

Türkiyənin daxili işlər nazirinin əmri ilə İstanbulun keçmiş valisi Avni Mutlu hazırda nazirliyin valiliklərlə iş üzrə mərkəzindəki vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladırıq ki, keçən il Türkiyədə korrupsiya qalmaqalından sonra Mutlu vali vəzifəsindən mərkəzə işə keçirilmişdi. İndiyədək mərkəzdə işləyən Mutlunun çevrilişdən sonra buradakı işindən də uzaqlaşdırılması ən diqqət çəkən məqamdır.

Hələlik keçmiş valinin hansı səbəbə görə işdən çıxarıldığı haqda dəqiq məlumat verilməyib.

Olke.az