Krım rəhbərliyi Avropa Birliyinin təkrar referendum təklifini cəfəngiyat adlandıraraq rədd edib.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımın baş nazirinin müavini Dmitriy Polonskiy təkrar referendum keçirmək fikrində olmadıqlarını bildirib.
Polonskiy hesab edir ki, Avropa Birliyi Krıma «ağıllı və dəyərli» məsləhətlər verməkdənsə, Ukraynada insan haqlarının vəziyyətini dəyərləndirsin:
«Referendum çoxsaylı beynəlxalq müşahidəçinin iştirakı ilə keçirilib. İkinci dəfə təkrarlamaq fikrimiz yoxdur. Ruslar heç kimin qarşısında əyilməyəcək».
Strateq.az