XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 02:32

Ermənistanda gərginlik səngimir –Barrikadalar quruldu

irevan-barrikada

İrəvanda etirazçılar, silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında barrikadalar qurublar.

APA-nın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, etirazçılar polis qüvvələrinin qarşısında avtomobillər, zibil çənləri, dəmir çəpərlər və sair vasitələrdən istifadə edərək barrikadalar qurmağa başlayıblar.

“Nəticədə, polis şöbəsinin binasına aparan yollar polisin nəzarətində, ərazidən çıxış isə etirazçıların nəzarətindədir”, – deyə agentlik bildirir.      

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan  Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan da var.