Yunanlar Avropaya “yox” deyirlər – rəy sorğu

Sosial sorğuya əsasən, bu gün Yunanıstanda keçirilən referendumda vətəndaşların əksəriyyəti “yox” deyib.
ANS PESS-in məlumatına görə, sorğulardan birinin nəticəsinə əsasən referendumda “hə” və “yox” arasında fərq 7-8 faiz, digərinin nəticəsinə görə isə 4 faizdir. Bununla belə, nəticələr günün ikinci yarısında dəyişə bilər.
Xatırladaq ki, bu gün Yunanıstanda ölkənin beynəlxalq borcları ilə bağlı referendum keçirirlir. Onlar bu gün kreditorların şərtlərini qəbul edərək “kəmərləri sıxma” siyasətini davam edirib-etdirməməklə bağlı qərar verəcəklər. Lakin sorğuda seçicilərə cavab verməkdən imtina imkanı da yaradılıb.