XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 18:10

ABŞ-ın xüsusi elçisi:"TAP bizim üçün prioritet məsələdir"

ZZH 44

 Trans Adriaktik Boru Kəməri (TAP) konsorsiumunda iştirak etmək ABŞ hökuməti üçün prioritet məsələdir.

 Bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn deyib.

Onun sözlərinə görə, TAP-da heç bir Amerika şirkətinin iştirak etməsinə baxmayaraq, bu məsələ ABŞ üçün xüsusi əhəmiyyət daşıyır.

“Mən bu günə qədər heç bir layihə üzərində işləməyə bu qədər vaxt ayırmamışam. Buna görə də mən TAP-ın təməlqoyma mərasimində iştirak etdim. ABŞ hər zaman Azərbaycan təbii qazını Avropanın digər bölgələrinə çatdıracaq TAP-ı dəstəkləyir”, – deyə A. Hokstayn bildirib. (APA)