XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 06:27

TQDK xəbərdarlıq etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 7-də rezidenturaya qəbul imtahanının II mərhələsi və Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
Strateq.az TQDK-ya istinadən xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” şəxsiyyət vəsiqəsinin əslini gətirməlidir. Göstərilən sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyentlər imtahana buraxılmayacaq.
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 – də başlanacaq.
Xatırladaq ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Məlumat üçün bildiririk ki, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 975 nəfərini oğlanlar, 807 nəfərini qızlar təşkil edir. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.
İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.