Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə Lüksemburqda yerli "Düdelanj"a meydana çıxan Ağdamın "Qarabağ" komandası sərfəli nəticə ilə dönüb.
Strateq.az xəbər verir ki, "Qarabağ" evində 2-0 məğlub etdiyi "Düdelanj"la səfərdə 1-1 hesablı bərabərliyə qalıb. Komandamızın yeganə topunu Reynaldo vurub.
Bu nəticə ilə də "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ağdamlıların rəqibi Çexiyanın "Viktoriya Plzen" komandası olacaq.