XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 01:46

Ərdoğan canlı yayımda xalqa müraciət etdi:“Çevriliş iştirakçıları ölkədən qaçmağa çalışırlar”

erdoqan-09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl canlı efirdə xalqa müraciət edib.

Strateq.az bildirir ki, çıxışı zamanı Ərdoğan bu günlərdə ayaqda olan xalqa, çevrilişə qarşı döyüşmüş hərbçilərə, generallara, əsgərlərə, polisə təşəkkür edib: “Millətin bərabərliyini pozmaq istəyənlərə qarşı durduq”, -deyə prezident vurğulayıb.

“Bizim dövlətimiz Türkiyədir, başqa dövlətimiz yoxdur”– deyən  Ərdoğan ABŞ-a səslənərək Fətullah Güləni qaytarmağa çağırıb: “Strateji ortağımızdan terror başçısını təslim etmələrini gözləyirik”.

Daha sonra Ərdoğan çevriliş iştirakçılarının ölkədən qaçmağa cəhd etdiklərini açıqlayıb: “Qaçmağa çalışırlar. Hara qaçsalar tapacağıq”.

Prezident ölkənin bütün siyasi qüvvələri ilə birgə demokratik  parlament sistemini müdafiə edəcəklərini bəyan edib.

Ərdoğan ölkədə 3 aylıq fövqəladə vəziyyətin elan olunduğunu deyərək qeyd edib ki, bu qərara bağlı spekuliaytiv yanaşmalar ola bilər: “Fövqəladə vəziyyətdə xalqımızın huzuru fərqli çəkildə qorunacaq. Ordunun baş komandanı olaraq onun başındyam. Ordu huzuru saxlamaqda davam edəcək. Heç bir sıxıntı olmayacaq”.