XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2016 - 12:50

Şahin Mustafayev vətəndaşları qəbul edəcək –Qrafiki açıqlandı

sahin nazir

İqtisadiyyat naziri Şahin Mustafayev sabah Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev Mərkəzi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-88-67 (21- 79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 çağrı mərkəzi, nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Feysbuk səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.