XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 16:38

Səfir:“Azərbaycan vətəndaşları Türkiyəyə əvvəlki qaydada səfər edə biləcəklər”

alper coşqun 22

 “Türkiyədə elan edilən fövqəladə vəziyyət fərdi azadlıqların məhdudlaşdırılması deyil”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, burada gərginlik yaratmağa ehtiyac yoxdur: “Bundan 15 iyul hadisəsini təşkil edənlər narahat olmalıdır. Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər. Baxın, Fransada da bir müddət əvvəl fövqəladə vəziyyət elan edilmişdi. Amma minlərlə insan sərbəst şəkildə bu ölkəyə gedə bilirdilər. Türkiyədə də belə olacaq. Narahatlığa əsas yoxdur”. (Report)