XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 10:45

Polis Sahə Məntəqəsinin açılışı oldu – Sabirabadda

sabirabadrpi-1.jpg

Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü Sabirabad RPŞ-də də əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib.

Rəis, polis polkovniki Mübariz Quliyev rayonun Qaratəpə kəndində polis sahə rəislərinin və sahə inspektorlarının iş fəaliyyətini yaxşılaşdırmaq üçün ümumi sahəsi 76,12 kvadratmetr, xidmət üçün hər cür şəraitlə, müasir avadanlıq, mebel və kommunikasiya sistemi ilə təchiz olunmuş, ətrafında həmişəyaşıl ağaclar əkilmiş, 1 mərtəbəli, 3 otaqdan və sanitar qovşaqdan ibarət olan yeni müasir tipli 3 saylı polis sahə məntəqəsinin açılışının məhz bu günə təsadüf etdiyini şəxsi heyətə əsl bayram töhfəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, polisin sabitliyin keşiyində ayıq-sayıq durması, cinayətkarlıqla mübarizədə dönməzlik nümayiş etdirməsi, əməkdaşların işləmək, bilik və bacarığını nümayiş etdirməsi üçün hər cür şəraitin yaradılması, müasir avadanlıqlarla tam təchiz olunmuş xidməti binaların tikilib istifadəyə verilməsi ölkə və DİN rəhbərliyinin daxili işlər orqanlarına olan ali diqqət və qayğısının bariz nümunəsidir.

RPŞ-nin Veterenlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Maarif Dəmirov 97 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətimizin əsas dayaqlarından birinə çevrilən, müstəqilliyin, dövlətçiliyin qorunmasında və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayan Polisin insan hüquq və azadlıqlarının, asayişin keşiyində ayıq-sayıq durmasını ölkə başçısının apardığı uğurlu siyasətinin nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra məntəqənin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Daha sonra çıxış edənlər RPŞ əməkdaşlarının bundan sonra da xidmətdə ayıq-sayıq duracağına, DİN rəhbərliyinin yüksək diqqət və qayğısına öz uğurları ilə cavab verəcəyinə əməniliklərini ifadə ediblər.

Hafiz Təmirov,

polis kapitanı

sabiraba-2.jpg

sabirabad-3.jpg

sabirabad-4.jpg

sabirabad-5.jpg