XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 20:17

Azərbaycan İranla bu sahədə əməkdaşlığa başlayıb

qonşu iran 2

İran və Azərbaycan müştərək neft yataqlarının araşdırılmaları sahəsində əməkdaşlıq edir.

Bunu  İranın Neft Sənayesi üzrə araşdırmalar mərkəzinin sədri Həmidrza Katuzian deyib.

H.Katuzian əlavə edib ki, təqribən yeddi ay öncə Azərbaycanın neft sənayesi üzrə araşdırmalar mərkəzindən nümayəndə heyəti Tehrana səfər edib, mərkəzlə tanış olublar: “Enerji və neft sahəsində birgə araşdırmalar üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Azərbaycan və İran arasında Tehranda bu sahədə əməkdaşlıq memorandumu imzalanıb və əməkdaşlığımız başlayıb”.

H.Katuzian hazırda müştərək yataqlar sahəsində, müştərək elmi və araşdırma işləri sahəsində imzalanmış anlaşma memorandumunu əməkdaşlıq müqaviləsi ilə əvəzləmək və bu əməkdaşlığı daha da genişləndirməyi düşündüklərini vurğulayıb. Mərkəz sədri bildirib ki, hazırkı dövrdə əgər neft və enerji sahəsində elmi araşdırmalar, texnologiyadan istifadə edilməzsə bu, zərərlə nəticələnəcək.

“Bu gün biz Azərbaycanla müxtəlif elmi və texniki əməkdaşlığı etməyə hazırıq. Bu əməkdaşlıq nəticəsində qarşılıqlı təcrübə mübadiləsi əldə olunar”, – deyə H.Katuzian bildirib. (Axar.az)