XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 12:30

Azərbaycanda “Skype”ın fəaliyyətində problem yaranıb – Giriş mümkünsüzləşib
Azərbaycanda “Whatsapp” əlavəsinin səsli zəng xidməti məhdudlaşdırıldıqdan sonra, bu gündən etibarən səs, mətn və videogörüntünü təmin edən “Skype” internet proqramının da fəaliyyətində ciddi problemlər yaranmağa başlayıb.
“Report”a internet istifadəçiləri tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında məlum olub ki, “Skype” əlavəsinə giriş etmək fərdi kompyuter və mobil qurğular vasitəsi ilə “login”-daxilolmanı həyata keçirmək mümkün deyil. Yəni, istifadəçi “login” yerinə ad və şifrəni daxil edərkən proqram əvvəlki kimi açılmır.
Həmçinin, günün əvvəlindən açıq olan əlavə (artıq “Skype”da olan istifadəçilər) vasitəsilə mətn, şəkillərin göndərilməsi də əsasən mümkün deyil. İstifadəçilər qeyd edirlər ki, ancaq VPN və “Proxy” proqramları vasitəsilə “Skype”dan maneəsiz istifadə etmək mümkündür.
Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı əksər internet provayderlərinin şəbəkəsində müşahidə olunur. Həmçinin, bildirlir ki, proqrama daxilolmanı uğurla həyata keçibsə, sonrakı mərhələdə – proqramın işində problem əsasən yaranmıq. Lakin veb-brauzer vasitəsi ilə login.skype.com səhifəsinə daxil olmaq mümkünsüzdür və bu, proqramın istifadəsinin məhdudlaşdırıldığını göstərir.