XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2016 - 22:17

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda zəlzələ oldu –4.4 bal gücündə...

zelzele-cedvel

Bu gün Gürcüstanda azərbaycanlıların yaşadığı Dmanisi rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Gürcüstanın “İmedia” televiziya kanalı məlumat verib.

Məlumata görə, zəlzələ Ermənistan sərhədinin bir kilometrliyində olub. Zəlzələnin episentri Dmanisi yaxınlığındakı azərbaycanlıların yaşadığı Söyüdlü kəndində olduğu bildirilib. Zəlzələ baş verən bölgədə dağıntı və tələfat olmayıb. Zəlzələ zamanı yeraltı təkanların gücü 4,4 bal olub.

Qeyd edək ki, bu gün təkrar olaraq qeydə alınan zəlzələ Dmanisidə olan ikinci zəlzələdir. İyulun 12-də isə həmin rayonda 4,8 bal gücündə zəlzələ olmuşdu. 

APA