XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2016 - 05:05

​Rusiya vətəndaşlarının Türkiyəyə uçuşlarına qoyulanməhdudiyyəti aradan qaldırıb

Atatürk hava limanı 11234

 Rusiya iyulun 22-dən etibarən Türkiyə ilə müntəzəm aviareysləri bərpa edir.

 Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında bildirilir.

"Türkiyə ərazisində və hava limanlarında Rusiya vətəndaşlarının yüksək təhlükəsizliyinə dair yubadılmadan görülən tədbirlər haqqında Türkiyə tərəfindən təminat aldıqdan sonra, 22 iyul 2016-cı il tarixindən Rusiyadan Türkiyəyə uçuşlar həyata keçirən bütün aviaşirkətlər üçün müntəzəm uçuşlar bərpa olunur", — deyə məlumatda bildirilir.

Türkiyə ilə müntəzəm aviareyslər iyulun 16-da, hərbçilərin ölkədə dövlət çevrilişi etmək cəhdindən sonra dayandırılmışdı. (Report)