XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2015 - 14:19

İŞİD Suriyada itirdiklərini yenidən bərpa edir

ötən ayın sonlarında YPG tərəfindən ələ keçirilən Əyn-İsa qəsəbəsi yenidən İŞİD-in nəzarətinə keçib. Bunu baş ofisi Londonda olan “Suriya İnsan Hüquqları Müşahidə Evi” açıqlayıb. Təşkilatın direktoru Rami Əbdülrəhmanın bildirdiyinə görə, YPG ilə savaşan İŞİD qəsəbənin ətrafındakı bölgələrdə də nəzarətini təmin edə bilib.

Qeyd edək ki, Əyn İsa qəsəbəsi İŞİD-in Suriyadakı mərkəzi sayılan Raqqa ilə Tel Abyad arasında yerləşir. Tel Abyadın işğalından sonra ən böyük hədəflərinin Raqqanı ələ keçirmək olduğunu açıqlayan kürd separatçıları 23 iyunda koalisiya qüvvələrinin hava dəstəyiylə Əyn-İsa qəsəbəsini almış, Raqqaya xeyli yaxınlaşmışdılar. Onların yaxın günlərdə vilayətə hərbi əməliyyat düzənləyəcəkləri gözlənilirdi. ötən gün bu məqsədlə ABŞ hava qüvvələri Raqqaya xeyli bomba yağdırmış, əməliyyat zamanı qarşıya çıxa biləcək maneələri dəf etməyə çalışmışdı.

Görünür, hücumun ən yaxşı müdafiə olduğunu düşünən İŞİD YPG-dən daha əvvəl hərəkətə keçməyə qərar verıb və Tel Abyad ətrafındakı həlqələrdən birini sıradan çıxarıb. Yaxın günlərdə Tel Abyad uğrunda mübarizənin də yenidən qızışacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Tel Abyadın işğalıyla “Böyük Kürdüstan” xəyalına bir addım da yaxınlaşan kürd separatizminin bu irəliləyişi bölgənin digər gücləri tərəfindən də əndişəylə qarşılanmışdı.

Strateq.az