XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 14:20

Polkovnik özünü başından güllələdi –Dövlət çevrilişi cəhdinə görə...

cev

Türkiyəli hərbçi Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdinin qarşısını ala bilmədiyinə görə intihar edib.  

Bu barədə Siirt valiliyi yazılı açıqlama verib. 

Məlimata görə, Türkiyə Silahlı Qüvvələrinin Siirt şəhərində yerləşən 3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Öndər bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb. 

Açıqlamada hərbçinin prokurorluğa şahid qismində ifadə verdiyi, lakin qiyamçıların planlarının qarşısını ala bilməməsindən dolayı mənəvi sarsıntı keçirdiyi, bu səbəbdən də intihar etdiyi qeyd olunub. 

Report