XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 17:06

Azərbaycandan Ermənistana mal satılıb? – Gömrük Komitəsindən açıqlama
“Son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt yer alıb. Bildirilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib”.
Strateq.az xəbər verir ki, bu açıqlamanı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti yayıb.
Xəbərdə bildirlir ki, bu cür informasiyaların heç bir əsası yoxdur: “ümumiyyətlə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikasi arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir”.