1989-cu ildə “Yazıçı” nəşriyyatında müəllifin ilk kitabı seriyası ilə “Gümüşü gecələr”, “Gənclik” nəşriyyatında isə “Dogma ocaq” kitabarı çap olunub.
1990-cı ildən Yazıçılar Birliyinin üzvü olan yazıçının müstəqillik illərində “Güdaz” (1993), “Uçurum” (2001), “Qiyamçı” (2004), “Sonun başlanğıcı” (2007), “Qaraqovaq çölləri” (2010) adlı topluları araya-ərsəyə gəlib.
Ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Qiyamçı” romanı Milli Kitab Müsabiqəsində (2010) vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı əsər kimi xüsusi mükafata layiq görülüb.
Onun 2008-ci ildə publisist əsərlərdən, portret yazıları, məktub, esse, rəy, müsahibə və xatirələrdən ibarət “Mən Qarateli sevirdim” adlı daha bir kitabı oxucuların ixtiyarına verilib.
“Köhnə kişi”povesti, “Bir isti avqust günü”, “Başsağlığı”, “Mərənd ölüsü”, “Kirayənişinlər”, “Yanaşı masalar”, “Gözəl”, “Yük”, “Arvanada dəfn” və digər hekayələri türk, qırğız, rus və ingilis dillərinə tərcümə olunub. 2007-ci ildə azərbaycanlı nasirlərin əsərindən ibarət Türkiyədə çap olunan “Dörd dördlük” almanaxına daxil edilən müəlliflərdən biri də Əlabbasdır. Bu il Bişkekdə işıq üzü görən ümumtürk yazarlarının əsərlərindən ibarət topluda isə Azərbaycanı iki müəllif – Eyvaz Zeynalov və Əlabbas təmsil ediblər. Almanaxda onun “Başdaşı” hekayəsi yer alıb.