Rusiyanın pul ehtiyatı tükənir – 5 milyardın 3 milyardı “əriyib” artıq
Rusiyanın Ehtiyat Fondunun vəsaitləri yaxın bir ildə tükənəcək.
Belə bir qənaətə rusiyalı iqtisadçı İqor Nikolayev gəlib. Ekspert qeyd edir ki, 2015-ci ildə büdcə öhdəliklərinin yerinə yetirilməsi üçün Ehtiyat Fondunda olan 5 mlrd rublun 3 mlrd-ı xərclənib.
2016-cı ildə isə Ehtiyat Fondundan 1 mlrd rublun xərclənməsi nəzərdə tutulub. Hökumət iqtisadi artıma, neftin qiymətinin yüksəlməsinə ümid edərək belə qərar verib. Lakin neftin qiyməti artmasa, 2016-cı ilin sonunda Ehtiyat Fondu tükənəcək. Neft ixracından daxil olan valyutanın həcminin kəskin azalması da bunu deməyə əsas verir. 2015-ci ilin I rübündə neft ixracından 13,6 mlrd dollar olub, bu da ötən ilin eyni dövründən 67,1% (41,3 mlrd dollar) azdır. Baxmayaraq ki, son bir ildə neft ixracı 12,8% artıb.
azadliq.info