XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 17:05

Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqləndi –Nazirlər Kabinetinin qərarı

rabite-2

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

Yeni tərkib aşağıdakı vəzifəli şəxslərdən ibarətdir:

Kollegiyanın sədri

Quluzadə Ramin Namiq oğlu – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Kollegiyanın üzvləri:

Abdullayev Əli İzzət oğlu – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Məmmədov İltimas Əhməd oğlu – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Vəlizadə Elmir Tofiq oğlu – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Məmmədov Rövşən Həmid oğlu – Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Məmmədov Tahir Nadir oğlu – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri

Əsədov Elnar Tahir oğlu – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru "

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.