XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 11:41

“Erməni əsgər düşmən ordusundakı özbaşınalıq nəticəsində yaralanıb”- Müdafiə Nazirliyi

Ermənistan kütləvi informasiya vasitələrinin guya Azərbaycan silahlı bölmələrinin iyulun 23-nə keçən gecə saat 00.10-da atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Qeyd olunub ki, M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.