XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

23 İyul 2016 - 19:15

Vidadi Zeynalovun səhhətində problem yaranıb –Vəkildən açıqlama

“Vidadi Zeynalovun səhhətində problem yaranıb ”.
 
Bunu APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov deyib. O bildirib ki, V. Zeynalovla dünən görüşüb: “O, bel ağrılarından əziyyət çəkir və müayinə olunmaq istəyir”.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V. Zeynalov ötən ilin noyabrında saxlanılıb.