XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 09:43

Gecə cəbhə xəttində atəşkəs 16 dəfə pozulub

 

atesh

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.