XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2015 - 13:41

QAT-ın ofisində hərbi xidmətə yolasalma mərasimi oldu – FOTOLAR

QAT-ın ofisində hərbi xidmətə yolasalma mərasimi oldu - FOTOLAR

Qarabağ Azadlıq Təşkilatı (QAT) yeni bir təşəbbüslə çıxış edib. Qurumun mərkəzi ofisində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

İyulun 7-də QAT-ın gənc üzvləri İsmayıl Vəliyev və Aydın Cahangirov təntənəli şəkildə hərbi xidmətə yola salınıblar. Tədbirdə ilk olaraq, QAT sədri Akif Nağı çıxış edib və gənclərə uğurlu xidmət, qorxmazlıq, rəşadət, düşmənə nifrət hissinin daim güclü olmasını arzulayıb və gənclərin hər birinə kiçik həcmli “Quran” nüsxələri bağışlayıb.
Gənclər “Quran”ı ürəklərinin üstündə gəzdirəcəklərini, müqəddəs kitabdan güc-qüvvət alacaqlarını, Vətənə ləyaqətlə xidmət edəcəklərini bildiriblər. Allahdan onların qismətinə döyüş taleyinin yazılmasını, Vətən yolunda ya şəhid, ya da qazi olmalarını diləyiblər.
Daha sonra QAT Ağsaqqallar Şurasının üzvü Hacı Hacağa Nuri gənclərə xeyir-dua verib, gəncləri “Qurani-Kərim”in altından keçirərək, Allahın onlara həmişə yar olmasını arzulayıb. Sonra tədbir iştirakçıları Nadir Ağayev, Xudu Xudiyev, Qələndər İsmayılov, Fəridə Əsgərova, Səyyarə İsmayılova, Nəsib Cəfərov, Yusif Cəfərov, Füruzə Əsədullayeva, Cəfər Baxış, Solmaz Alıyeva, Mehriban Abbasova, Əlibala Məmmədov, Hacı Akif Heydərli, Hacı Eldar və digərləri çıxış edərək, gənc əsgərlərə ürək sözlərini deyiblər, onlara uğurlar arzulayıblar.
Tədbirin gedişində Səyyarə İsmayılova və İsmayıl Məmmədov vətənpərvərlik şeirləri səsləndiriblər, döyüş ruhlu mahnılar oxuyublar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.