XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyul 2016 - 12:39

Zakir Qaralov Şəmkirdə vətəndaşları qəbul edəcək

zakir-qaralov.jpg

Baş prokuror Zakir Qaralov Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbul iyulun 29-da saat 09:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

 Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəmkir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

 Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.