XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 13:43

Prezident Administrasiyasının şöbə müdiri:“Proseslər Konstitusiyaya dəyişiklikləri labüd edir”

sahin aliyev

“Azərbaycandakı inkişaf prosesləri Konstitusiyaya dəyişiklikləri labüd edir”.

Bunu Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

Ş.Əliyev Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötür.

PA rəsmisi qeyd edib ki, ötən 7 il ərzində Azərbaycanda xeyli inkişaf prosesləri baş verib və bu inkişaf Konstitusiyaya dəyişiklikləri labüd edir.