XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 14:20

Fətullahçı səfirlər Türkiyə XİN-dən qovulacaq –Nazirdən açıqlama

cavusoqlu

"Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyində səfir səviyyəsində vəzifədən çıxarılmalar olacaq".

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” kanalına müsahibəsində deyib.

 Vaxtilə Türkiyə XİN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: “Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib”.

 M. Çavuşoğlu bildirib ki, bu şəxsləri təsbit etmək üçün nazirlik ciddi şəkildə çalışmaları davam etdirir: “Xəta payımızı minimallaşdırmaq üçün çox ciddi çalışırıq”.